Bank Of Baku

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiyaya qayıdıb

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiyaya qayıdıb
# 18 sentyabr 2011 07:57 (UTC +04:00)
ASDP-nin həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, eks-prezident bu gün səhər Bakı-Moskva təyyarə reysi ilə Rusiyaya dönüb. A. Əlizadə deyib ki, Ayaz Mütəllibovun toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilib. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdıb: “Ayaz müəllimin geriyə qayıtması “Eks-prezidentlər haqqında” qanunun qəbulundan asılıdır”.

Qeyd edək ki, Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskvadan Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib. Azad Mütəllibovun 40 mərasimi sentyabrın 15-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR