Bank Of Baku

Bir qrup müxalifətçinin məhkəmə prosesi təxirə salınıb

Bir qrup müxalifətçinin məhkəmə prosesi təxirə salınıb
# 19 sentyabr 2011 09:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nəsimi rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. APA-nın xəbərinə görə, buna səbəb təqsirləndirilən Rüfət Hacıbəylinin vəkilinin olmamasıdır. Hakim R. Hacıbəylinin vəkillə təmin olunması üçün prosesi sentyabrın 20-dək təxirə salıb.

Qeyd edək ki, Rüfət Hacıbəylinin vəkili Elçin Namazovun vəkillik fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyəti xitam verib. Buna görə də o, prosesdə iştirak edə bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR