Bank Of Baku

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib
# 19 sentyabr 2011 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Komitənin üzvü Zahid Orucun APA-ya verdiyi məlumata görə, iclasda payız sessiyasının ilk iclaslarında parlamentdə müzakirəyə çıxarılacaq qanun layihələri və deputatların təklifləri müzakirə olunub.

“Azərbaycan Respublikası və Serbiya Respublikası hökumətləri arasında fövqəladə hallar sahəsində əməkdaşlıq barədə Saziş” layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Daha sonra deputatlar müxtəlif təkliflər səsləndiriblər. “İnformasiya təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsinin vacibliyini irəli sürən Z. Oruc artıq bu kimi qanunların bir sıra Avropa və MDB ölkələrində qəbul olunduğunu xatırladıb. O, Strateji Müdafiə İcmalının qəbulunun zamanının yetişdiyini də söyləyib: “Mən həmçinin ali təhsil müəssisələrinin üst pillələrində təhsil alanlara möhlət hüququnun verilməsinə dair məsələnin də qanunvericiliyə salınması təşəbbüsü ilə çıxış etdim. Bu təklif həmkarlarım tərəfindən müsbət qarşılandı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR