Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 19 sentyabr 2011 13:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, toplantıda ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsindən sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İdarə Heyətinin üzvlərini sentyabrın 18-də Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlər üçün Bakı İdman Sarayında keçirilən test imtahanı barədə məlumatlandırıb.
İmtahan prosesini millət vəkili Çingiz Qənizadə, 40-dan çox xarici və yerli QHT təmsilçiləri ilə birlikdə müşahidə etdiyini bildirən BAXCP sədri deyib ki, test imtahanı maksimum şəffaflıq şəraitində keçirilib. Belə ki, imtahan prosesinin hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılması bilavasitə imtahan keçirilən zalda, namizədlərin, millət vəkillərinin, QHT və KİV nümayəndələrinin qarşısında həyata keçirilib. Dörd saat davam edən imtahanın nəticələri xüsusi dəqiq avadanlıqla imtahan başa çatan kimi dərhal yoxlanılaraq nəticələr yerindəcə elan olunub. Bütün imtahan prosesi Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə online rejimində birbaşa yayımlanıb.

Q. Həsənquliyev qeyd edib ki, hakimlərin seçkisi ilə bağlı test imtahanından sonrakı mərhələnin də online rejimində yayımlanması məqsədəuyğun olardı və bu sahədə maksimum şəffaflığın təmin olunmasına zəmin yaradardı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR