Bank Of Baku

Müsavat və AXCP funksionerlərin məhkəməsi davam etdirilib

Müsavat və AXCP funksionerlərin məhkəməsi davam etdirilib
# 19 sentyabr 2011 13:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə aksiya zamanı şüşələri sındırılan mağazaların sahibləri zərərçəkmiş şəxs qismində ifadə veriblər. Onlar təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətlərinin olmadığını bildirib, şikayət ərizələrini geri götürüblər. Daha sonra prosesdə aksiya zamanı çəkilən video görüntülər izlənilib.

Proses sentyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb. Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində isə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR