Bank Of Baku

ADP Rusiyanın “MİR” və “REN” TV kanallarının Azərbaycan və Türkiyə əleyhinə apardığı kampaniyanı pisləyib

ADP Rusiyanın “MİR” və “REN” TV kanallarının Azərbaycan və Türkiyə əleyhinə apardığı kampaniyanı pisləyib
# 19 sentyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Türkiyənin baş naziri R.T. Ərdoğanın ərəb ölkələrinə etdiyi səfərlər dəyərləndirib. İdarə Heyəti hesab edib ki, Türkiyənin bölgədə demokratik bir güc kimi çıxış etməsi bütünlükdə həm Türkiyənin, həm də bölgə dövlətlərinin maraqlarına tam cavab verir.

Yığıncaqda Uruqvayın uydurma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazır olduğu barədə xəbərlərin yayılmasından narahatlıq ifadə olunub və Azərbaycan XİN-in Uruqvay hökumətinə nota verməməsi pislənib.

İdarə Heyəti Azərbaycan Vəkillər Kollegiyasından demokratik fikirli vəkillərin qeyri-qanuni olaraq çıxarılması məsələsinə də toxunub. İdarə Heyəti Naxçıvanda son vaxtlar insan hüquq və azadlıqlarının total şəkildə pozulmasını Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi dəyərləndirib və hakimiyyəti baş verənlərin aradan qaldırılması istiqamətində təcili tədbirlər görməyə çağırıb.

Partiya Rusiyanın “MİR” və “REN” TV kanallarının Azərbaycan və Türkiyə əleyhinə apardığı kampaniyanı pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR