Bank Of Baku

Dövlət başçısı bir qrup neftçinin təltif olunması haqqında sərəncam imzalayıb

Dövlət başçısı bir qrup neftçinin təltif olunması haqqında sərəncam imzalayıb
# 19 sentyabr 2011 16:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev neft sənayesində səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən İsmayılov Əliş Müseyib oğlu,
Köçərli Şahvələd Süleyman oğlu, Məmmədov Məlik Mirzə oğlu, Məmmədov Rafik Mirağa oğlu, Namazov Şamil İsmayıl oğlu və Rzabəyov İdris İbrahim oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Prezidentin digər sərəncamı ilə Abasov Mirkazım Mircabbar oğlu, Əhmədov Yaşar İsmayıl oğlu,
Həsənov Həmid Qəzənfər oğlu, İsmayılov Fəxrəddin Səttar oğlu, Qəhrəmanov Tofiq Ridvan oğlu, Mehdiyev Ülvi Şəfaət oğlu, Nəcəfquliyev Nəcəfqulu Barat oğlu, Şəfiyev Xaliq Şamil oğlu,
Vəliyev Nazim Aslan oğlu və Vəliyev Rauf Göyüş oğluna Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı verilib.
Dövlət başçısı həmçinin Qasımov Süleyman Mehrəli oğlu, Rəhimov Adil Rəsul oğlu və Səlimxanov Orxan Qüdrət oğlunun “Şöhrət” ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb. Eyni sərəncamla ARDNŞ-in 60 əməkdaşı "Tərəqqi" medalına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR