Bank Of Baku

KXCP Urmiya gölünün qurudulmasına etiraz bəyanatı qəbul edib

KXCP Urmiya gölünün qurudulmasına etiraz bəyanatı qəbul edib
# 20 sentyabr 2011 10:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Urmiya gölünün qurudulmasına etiraz bəyanatı qəbul olunub. Bəyanatda bildirilib ki, bu bütövlükdə bütün bölgə, xüsusilə Türkiyə və Naxçıvan Muxtar Respublikası üçün ekoloji fəlakət deməkdir: “Şovinist fars molla rejimi və onun parlamentinin gölün bu fəlakətli durumu üçün qanun layihəsini rədd etməsi və bu ərazidəki 15 milyon insanın taleyi Güney Azərbaycan türklərini ayağa qaldırıb, Təbriz və Urmiya sakinləri başda olmaqla dinc etiraz yürüşlərinə başlanılıb. Bütün məsələlərdə olduğu kimi bu dinc yürüşlərə də şovinist fars rejimi dözümsüzlük göstərərək yürüşçülərə insanlığa yaraşmayan amansız divan tutmaqdadır”.

KXCP bəyan edib ki, İran ekoloji fəlakətin aradan qaldırılması üçün təcili tədbirlər görməli, Azərbaycan və Türkiyə bu ekoloji fəlakətə qarşı öz münasibətlərini bildirməli, dünya ekoloji təşkilatları göllə bağlı beynəlxalq səviyyədə İran qarşısında məsələ qaldırmalı, Dünya Azərbaycanlıları Konqresi isə təcili toplantı keçirib BMT-yə müraciət etməlidir.

Toplantıda həmçinin partiyanın Ali Məclisi üzvü Əlisa Əzizağa oğlu Həsənovun haqqında Şirvan şəhər Apelyasiya Məhkəməsinin çıxardığı qərarla bağlı da bəyanat qəbul olunub.

KXCP-nin İdarə Heyətinin toplantısında partiyanın İnkişaf Planının müzakirəsi davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR