Bank Of Baku

AMİP Siyasi Şurasının iclası keçirilib

AMİP Siyasi Şurasının iclası keçirilib
# 20 sentyabr 2011 11:41 (UTC +04:00)
Bakı-APA. AMİP Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, iclasda AMİP Mərkəzi Şurasının çağırılması, Dağlıq Qarabağda keçirilən “bələdiyyə seçkliləri”, Güneydə baş verən son hadisələr, ölkədəki mövcud ictimai-siyasi vəziyyət müzakirə edilib.

Müzakirələrdən sonra Siyasi Şura partiyanın Mərkəzi Şurasının toplantısının 9 oktyabr 2011-ci ildə Bakı şəhərində çağırılması haqqında qərar qəbul edib.

AMİP Siyasi Şurası Dağlıq Qarabağın separatçı rejiminin keçirdiyi “bələdiyyə seçkilərini” qeyri-qanuni sayaraq, bunun istər münaqişənin nizamlanması istiqamətində aparılan sülh prosesinə, istərsə də regiondakı sabitliyə və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirib. Bununla bağlı Siyasi Şura dünya ictimaiyyətini qondarma rejimin beynəlxalq hüquq normalarına sayğısız yanaşmasına təpki göstərməyə çağırıb.

Siyasi Şura Güney Azərbaycanda cərəyan edən proseslərə daha çox diqqət yetirilməsini və partiyanın bu yöndə müxtəlif səpkili tədbirlərin keçirməsini vacib sayıb.

AMİP Siyasi Şurası ölkədəki gərginliyin daha da dərinləşməsindən, cəmiyyətə və siyasi təsisatlara davamlı təzyiqlərdən, 2 aprel aksiyaçılarına qarşı qurulan siyasi məhkəmələrdə baş verən neqativ hallardan narahatlığını bildirərək, hakimiyyəti demokratik dəyərlərə və insan haqlarına hörmətlə yanaşmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR