Bank Of Baku

“Qarabağ” bloku Nikola Sarkozinin Azərbaycana səfəri zamanı müxalifət liderləri ilə görüşməsi üçün Fransa səfirliyinə müraciət edəcək

“Qarabağ” bloku Nikola Sarkozinin Azərbaycana səfəri zamanı müxalifət liderləri ilə görüşməsi üçün Fransa səfirliyinə müraciət edəcək
# 20 sentyabr 2011 13:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ümid Partiyasının mərkəzi qərargahında “Qarabağ” Siyasi Blokuna daxil olan Demokrat və Ümid partiyalarının idarə heyətlərinin birgə toplantısı keçirilib. Ümid Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, “Qarabağ” Siyasi Blokunun gələcək fəaliyyət istiqamətləri və əsasnaməsi müzakirə olunub.

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, blokun elan olunmasından xeyli vaxt keçməsinə baxmayaraq, ciddi fəaliyyət göstərməməsinin əsas səbəbi müxalifətin vahid güc mərkəzinin yaradılması istiqamətində aparılan danışıqlar olub: “Bloka daxil olan partiyalar da bu ideyaya müsbət yanaşdığından keçən müddət ərzində biz praktik olaraq bu istiqamətdə fəaliyyət göstərmişik. Amma biz yenə də müxalifətin vahid güc mərkəzinin yaradılması ideyasına sadiq qaldığımızı bəyan etməklə, öz fəaliyyətimizdə ciddi dönüş etmək fikrindəyik. İnanıram ki, ictimaiyyət də qısa zaman kəsiyində bunun şahidi olacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, blok yeni ideyalarla çıxış etməlidir: “Hesab edirəm ki, “Qarabağ” Siyasi Blokunun güclənməsi müxalifətdaxili narazılığı aradan qaldıracaq”.

Digər natiqlər də öz çıxışlarında “Qarabağ” blokunun güclənməsini, müxalifətin vahid güc mərkəzinin yaradılması istiqamətində aparılan danışıqların davam etdirilməsini və eyni zamanda hakimiyyətlə ümummilli məsələlərdə dialoqun aparılmasını məqsədəuyğun hesab etdilər.

İclasda Fransa prezidenti Nikola Sarkozinin bu il oktyabrın 6-7-də Azərbaycana gözlənilən səfəri çərçivəsində müxalifət liderləri ilə görüşməsi üçün Fransa səfirliyinə müraciət edilməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR