Bank Of Baku

İctimai Palata “Türkiyə-Azərbaycan münasibətləri dünən, bu gün” mövzusunda dəyirmi masa keçirəcək

İctimai Palata “Türkiyə-Azərbaycan münasibətləri dünən, bu gün” mövzusunda dəyirmi masa keçirəcək
# 21 sentyabr 2011 15:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. İP Koordinasiya Şurasının üzvü Aqil Səmədbəylinin APA-ya verdiyi məlumata görə, iclasda görülən və həyata keçirilməsi nəzərdə tutulan işlər, ictimai-siyasi vəziyyət, xüsusilə İsrail-Türkiyə və Azərbaycan-Türkiyə münasibətləri müzakirə mövzusu olub.

Koordinasiya Şurası Azərbaycan-Türkiyə münasibətlərinin arzu olunan müstəvidə inkişaf etmədiyi qənaətinə gəlib. Sentyabrın 28-də “Türkiyə-Azərbaycan münasibətləri dünən, bu gün” mövzusunda dəyirmi masa keçirilməsi barədə qərar qəbul edilib.

İclasda İP-nin həbsdə olan üzvlərinin işi üzrə məhkəmə prosesinə də diqqət yetirilib və bəzi vəkillərin prosesdən uzaqlaşdırılması halları pislənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR