Bank Of Baku

Mübariz Qurbanlı: “Azərbaycan bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir”

Mübariz Qurbanlı: “Azərbaycan bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir”
# 21 sentyabr 2011 15:45 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. ”Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələnin BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə daxil edilməsi diplomatiyamızın uğurudur. Məsələnin Baş Assambleyada gözlənilən müzakirəsi həmçinin ölkəmizin hücumçu diplomatiyasının göstəricisidir. Bu fakt onu təsdiqləyir ki, Azərbaycan bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq təşkilatlarda ədalətli qərarların qəbul edilməsinə nail olur”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın saytına açıqlamasında deyib.

M. Qurbanlı bildirib ki, bu məsələnin assambleyanın gündəliyinə daxil edilməsinə qarşı yeganə olaraq Ermənistanın çıxması bu dövlətin işğalçı mahiyyətinin əyani göstəricisidir: “Ermənistan məsələnin əleyhinə səs verməklə beynəlxalq hüquq normaları və prinsiplərini pozduğunu bir daha nümayiş etdirir”.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır: “Beynəlxalq hüququn norma və prinsipləri ərazi bütövlüyünü və suverenliyi ön plana çəkir. Ərazi bütövlüyü və suverenlik məsələsi də bu danışıqlarda Azərbaycan tərəfinin irəli sürdüyü başlıca fikirdir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Ona görə də BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar dörd qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurası yeganə beynəlxalq təşkilatdır ki, bu qurumun qəbul etdiyi qərar və qətnamələr üzv dövlətlər tərəfindən yerinə yetirilməlidir. Əslində, bu gün dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin və mövcud problemlərin həlli BMT-nin üzərində dayanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR