Bank Of Baku

Qənirə Paşayeva kıbrıslı qonaqlarla görüşüb - FOTO

Qənirə Paşayeva kıbrıslı qonaqlarla görüşüb - <font color=red>FOTO</font>
# 22 sentyabr 2011 13:58 (UTC +04:00)
Bakı – APA. Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Quzey Kıbrıs Türk Cümhuriyyəti Lefkə Avropa Universitetinin (LAU) İdarə Heyətinin sədri, Lefkə bələdiyyə başqanı Mehmet Zəfər və həmin universitetin prorektoru Akın Cəllatoğlu ilə görüşüb. APA-nın xəbərinə görə, səfərlərinin məqsədi barədə məlumat verən M. Zəfər Azərbaycanla tələbə mübadiləsi, gənclərin təhsil səviyyəsinin yüksəldilməsi və habelə Lefkə bələdiyyəsi ilə Azərbaycan bələdiyyələrindən birinin qardaşlaşmış bələdiyyə olması ilə bağlı işbirliyi imkanlarının araşdırılmasını nəzərdə tutduqlarını deyib. O, universitetlərində müxtəlif hazırlıq kurslarının təşkil olunduğunu, bundan sonra LAU-nun Azərbaycanda da təmsilçiliyinin fəaliyyət göstərəcəyini söyləyib. Qonaq özəlliklə Qarabağ müharibəsi veteranları və şəhid ailələrindən olan gənclərə üstünlük tanınacağını vurğulayıb.

Q. Paşayeva isə belə görüşlərin bütövlükdə türk dünyası üçün faydalı olduğuna inandığını bildirib. O. LAU-nun Bakıda təmsilçilik açmasına toxunaraq hər konstruktiv layihəni, konkret işi irəliyə doğru bir addım kimi dəyərləndirib. Millət vəkili Dağlıq Qarabağ münaqişəsindən danışaraq bu problemin bütün türk dünyasının problemi olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR