Bank Of Baku

Əli Həsənov: “Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 14 milyard barel, qaz ehtiyatı isə 2,55 trilyon kubmetrdir”

Əli Həsənov: “Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 14 milyard barel, qaz ehtiyatı isə 2,55 trilyon kubmetrdir”
# 23 sentyabr 2011 08:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 14 milyard, ehtimal olunan neft ehtiyatı isə 20-24 milyard barel təşkil edir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib.

O, ölkənin təsdiq olunmuş qaz ehtiyatının 2,55 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatının isə bundan 4 dəfə artıq olduğunu deyib: “Azərbaycan azı yüz il indiki templə qaz çıxara bilər”.

Ə. Həsənov bildirib ki, Azərbaycan qızıl, mis və digər ehtiyatları ilə Cənubi Qafqazda ən zəngin təbii sərvətləri olan ölkədir: “Azərbaycan həm də bölgədə özünün enerji təhlükəsizliyini təmin etmiş yeganə ölkədir”.

O, həmçinin deyib ki, Azərbaycan postsovet məkanında yeganə ölkə olaraq ərazisinin 90 faizini qazla təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR