Bank Of Baku

Əli Əliyev: “Hələlik müxalifət öz tarixi missiyasının öhdəsindən gələ bilmir”

Əli Əliyev: “Hələlik müxalifət öz tarixi missiyasının öhdəsindən gələ bilmir”
# 23 sentyabr 2011 09:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Vətəndaş Hərəkatı Forumu çərçivəsində AXCP və Müsavat Partiyasının müzakirələrə qoşulmamasının faciə kimi dəyərləndirilməsini düzgün hesab etmirəm”. Bu sözləri APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O bildirib ki, Vətəndaş Hərəkatı Forumu təşəbbüsü çərçivəsində KXCP, ALP, ADP, VİP və Ümid Partiyası arasında görüşlər intensivləşib: “Müsavat Partiyası və AXCP gələcək fəaliyyətlərini birmənalı şəkildə İctimai Palatada davam etdirəcəklərini bəyan ediblər. Növbəti görüşümüz sentyabrın 25-də keçiriləcək. Artıq əməkdaşlığın formaları barədə fikir mübadiləsi aparılıb və müxtəlif təkliflər var. Bəzi partiyalar hesab edir ki, əməkdaşlığımız seçki təqviminə uyğunlaşdırılmalıdır. Biz də daxil olmaqla digərləri hesab edir ki, əməkdaşlığın fəlsəfəsində söhbət seçkidən getməməlidir. Seçki öncəsi şəraitin dəyişdirilməsinə çalışmalıyıq. Müzakirələrin təfərrüatlarına varmaq istəmirəm. Növbəti görüşdə konkret təkliflərlə çıxış edəcəyik”.

Ə. Əliyev qeyd edib ki, hər bir partiyanın fəaliyyət yolu var və partiyaların geniş miqyasda birləşməməsi siyasi texnologiya məsələsidir: “Belə ki, partiyalar özlərinə münasib formalaşdırılan qurumlarda birləşməyə üstünlük verirlər ki, qərar qəbul olunmasına təsir imkanları güclü olsun. Əslində isə ölkədə seçicilər Azərbaycanda bütün mənalarda situasiyanın dəyişdirilməsini istəyirlər. Bunun da yolu müxalifətin geniş miqyaslı birliyindən keçir. Bəzi partiyalar isə çalışırlar ki, onların diktəsinə uyğun proses davam etsin. Bu yolla təşkilatlanmaq mümkün deyil. Təəssüf ki, hələlik müxalifət öz tarixi missiyasının öhdəsindən gələ bilmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR