Bank Of Baku

Azərbaycan prezidenti əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub

Azərbaycan prezidenti əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub
# 23 sentyabr 2011 11:51 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub. APA-nın məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyev prezidentə məlumat verib ki, bu gün ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir.

Bildirilib ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında aparılan işlər müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər vardır. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilib.

Prezidentin diqqətinə çatdırılıb ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanmışdır. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar əksini tapacaq.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra prezident xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR