Bank Of Baku

Müsavat və AXCP funksionerlərinin məhkəmə istintaqı yekunlaşıb

Müsavat və AXCP funksionerlərinin məhkəmə istintaqı yekunlaşıb
# 23 sentyabr 2011 13:44 (UTC +04:00)
Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, günün birinci yarısında keçirilən proses zamanı Müsavat Partiyasının sədri İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məhkəmədə şahid qismində ifadə veriblər.

Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb.
Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR