Bank Of Baku

Azərbaycan prezidenti: “Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər”

Azərbaycan prezidenti: “Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər”
# 23 sentyabr 2011 14:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, məhz ümummilli liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyulub, islahatlar başlayıb, atəşkəsə nail olunub. 1994-cü ildə ölkənin inkişafı üçün mühüm amil olan neft sahəsində “Əsrin müqaviləsi” imzalanıb: “Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirdi. Bu gün Azərbaycan bir sıra mühüm iqtisadi layihələrin təşəbbüskarıdır”.

Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən prezident qeyd edib ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Dövlət başçısı bunun nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib: “Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib. Münaqişə ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələr bu günə qədər icra olunmayıb, qəbul edilən qərarlar yalnız kağız üzərində qalıb”.

Prezident Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkənin bununla qürur duyduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR