Bank Of Baku

Azərbaycan prezidenti Xaçmazda Şəxsiyyətlər Muzeyi ilə tanış olub, Şahmat Məktəbinin açılışında iştirak edib

Azərbaycan prezidenti Xaçmazda Şəxsiyyətlər Muzeyi ilə tanış olub, Şahmat Məktəbinin açılışında iştirak edib
# 23 sentyabr 2011 15:32 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü olub. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulub. İki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılıb, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulub. Muzeydə olan beş fəvvarə yenidən qurulub, ərazidə bulaq kompleksi inşa edilib.

Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.

Prezident Xaçmaz Şahmat Məktəbinin açılışında da iştirak edib. Dövlət başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, prezident İ. Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na uyğun olaraq Xaçmaz rayonunda da beynəlxalq standartlara uyğun yeni şahmat məktəbi inşa edilib.

Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən prezident İ. Əliyev tövsiyə və tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR