Azərbaycan prezidenti Xaçmazda bir sıra obyektlərin açılışında iştirak edib
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə muzeyin yerləşdiyi mədəniyyət və istirahət parkı ilə tanış olan dövlət başçısına məlumat verildi ki, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Muzeydə daha çox ölkənin şimal bölgəsi üzrə xalçaçılıq məktəbinin 60-dək nümunəsi sərgilənir. Muzeyin eksponatları arasında məşhur xalçaçı rəssam Kamil Əliyevin “Heydər Əliyevin xalça portreti” əsəri xüsusi əhəmiyyət kəsb edir. Ekspozisiyadan aydın görünür ki, bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan bu sahənin inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər ilk növbədə, bu qədim el sənətinin yaşadılmasına göstərilən diqqətdən irəli gəlir. Bu gün xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir, bu sənətin inkişafı ilə bağlı görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini daha da artırır. Xalqımızın tarixini və mədəniyyətini əks etdirən bu sənət növünə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünyanı Azərbaycan xalçalarının sehrinə salır.
Sonra Prezident İlham Əliyev xalça muzeyinin yerləşdiyi binada yaradılan uşaq-gənclər kitabxanasının fəaliyyəti ilə tanış olub. Bildirilib ki, kitabxanada Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə sənət adamları, şair və yazıçılarla görüşlərini əks etdirən fotolar sərgilənir. Bununla yanaşı, prezident İlham Əliyevin Xaçmaza səfərlərinin əks olunduğu fotolar da kitabxanaya gələnlərə təqdim edilir. 1200 kvadratmetr sahəsi olan kitabxanada uşaq və gənclər üçün hər cür şərait yaradılıb. Burada toplanan müxtəlif mövzulara aid kitablar ölkəmiz haqqında məlumatları əldə etmək, dünyada baş verən elmi-texniki yeniliklərdən xəbər tutmaq baxımından əhəmiyyətlidir. Burada quraşdırılan kompyuterlərin internetlə təchiz olunması da elektron ədəbiyyatın istifadəsi baxımından müstəsna imkanlar açır. Bundan əlavə, burada sərgi zalı, gənclər kitabxanası, kitab fondu yerləşir. Fondda 29 min kitab qorunur. Kitabxanada oxu və konfrans zalları, balacalar üçün nağıl otağı da yaradılıb.
Prezident İlham Əliyev Xalça Muzeyində və uşaq-gənclər kitabxanasında yaradılmış şəraitdən razılığını bildirib.
Daha sonra prezident İlham Əliyev Xaçmazda Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, seyrəngaha Heydər Əliyev bulaq kompleksi, İlham Əliyev bulaq kompleksi, samovar kompleksi, Heydər Əliyev prospektinin giriş qapısı kompleksi daxildir. İlham Əliyev bulaq kompleksində 15 metr hündürlüyündə bir bulaq, üç süni şəlalə və 48 fəvvarə quraşdırılıb. Kompleks müasir qaydada işıqlandırılıb.
Qeyd olunub ki, Heydər Əliyev bulaq kompleksi 2011-ci ilin mayında istifadəyə verilib. Kompleksdə 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə, 80 fəvvarə quraşdırılıb. Kompleksin ərazisində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin mozaika ilə portretləri işlənib. Hər iki kompleksin arasında olan Bakı prospekti boyunca 5 hektar ərazidə xiyaban salınıb, 12 metr hündürlüyündə samovar kompleksi yaradılıb. Samovar kompleksində fəvvarə quraşdırılıb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Bakı prospektində avtomobillərin həddən artıq intensiv hərəkəti nəzərə alınaraq, adamların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi mozaika ilə işlənən 24 metr uzunluğunda iki yerüstü piyada körpüsü tikilib. Milli memarlıq elementlərinin geniş tətbiq olunduğu seyrəngahda daha çox buta naxış kompozisiyalarından istifadə edilib. Bu da seyrəngahın ümumi görünüşünə xüsusi yaraşıq verir.
Seyrəngahla tanış olan prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Sonra prezident İlham Əliyev Xaçmaz kondensator zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Yavər Camalov prezidentə məlumat verib ki, son illər Xaçmazda müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılması diqqət mərkəzindədir. Bu sırada rayonda yenidən qurulan kondensator zavodu da mühüm əhəmiyyət kəsb edir. Xaçmaz kondensator zavodu 1981-ci ildə Rusiyanın Tula şəhərində yerləşən Severo-Zadonsk hərbi təyinatlı zavodun tabeliyində olub. Əvvəllər kiçik sex kimi fəaliyyət göstərib, 1983-cü ildə burada zavod tikilib, müəssisə 1987-ci ildən tam fəaliyyətə başlayıb. Vaxtilə Xaçmaz kondensator zavodunda istehsal olunan müxtəlif markalı kondensatorlar keçmiş SSRİ-nin bütün respublikalarına ixrac edilirdi. 1992-ci ildə bu zavod “Elektrolit” İstehsalat Birliyinin tabeliyinə verilib. 1993-cü ildən isə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin strukturuna daxil edilib. Zavodun əsas fəaliyyəti kondensatorlarla yanaşı, xalq istehlak mallarının istehsalı və əhaliyə pullu xidmət göstərməkdən ibarətdir.
Sonra dövlət başçısı zavodun əvvəlki vəziyyətini əks etdirən filmə baxıb, müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə də tanış olub. Burada ulu öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərə və dövlətimizin başçısının bu siyasəti davam etdirərək ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində gördüyü işlərə dair fotolar nümayiş etdirilir.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan məmulatın sərgisinə baxıb. Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, zavodun ümumi sahəsi 24 min kvadratmetrdir. 3690 kvadratmetrlik istehsal sahəsində 2010-2011-ci illərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Tikinti və yenidənqurma işlərindən sonra kondensator zavodunda yaradılan yeni istehsal sahələrində quraşdırılan və müasir tələblərə cavab verən xüsusi cihaz və avadanlığın köməyi ilə müxtəlif təyinatlı məmulat – yüksək böyütmə qabiliyyətinə malik kompaslı prizmalı binokllar, toplar üçün K-1 tipli kollimator, 60, 82 və 120 millimetrlik minaatanları hədəfə tuşlamaq üçün MTON-44M tipli təkmilləşdirilmiş optik nişangah istehsal olunur.
Qeyd edilib ki, PK-A tipli kollimator nişangahları avtomat və əl pulemyotlarını hədəfə tuşlamaq üçün nəzərdə tutulub. Nişangah 5,45 və 7,62 millimetrlik Kalaşnikov avtomatları və əl pulemyotları ilə 300 metr məsafədə hədəfi çox dəqiq vurmağı təmin edir. Müxtəlif böyütmə qabiliyyətinə malik optik snayper nişangahları isə normal və iri çaplı snayper tüfənglərini hədəfə tuşlamaq üçün nəzərdə tutulur. Mexaniki istehsal və optika sexlərindən əlavə, zavodda sənaye məhsulları hazırlayan sex də fəaliyyət göstərir. Burada əsasən məişətdə istifadə olunan məmulat hazırlanır. Bu il müəssisədə yeni açılan iş yerlərinin sayı 76-ya çatdırılıb. Bütün bunlar göstərir ki, ölkəmizin müdafiə sənayesinin gücləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Dövlət Müdafiə Sənayesi Proqramının icrası təmin olunub, bir sıra yeni təyinatlı məmulatın istehsalı mənimsənilib. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin qarşısında istehsalın həcmini 15 faiz yüksəltmək, yeni növ müdafiə təyinatlı məmulatın yaradılması, yeni iş yerlərinin açılması və işçilərin orta aylıq əməkhaqqının artırılması kimi mühüm vəzifələr durur.
Prezident İlham Əliyev zavodun kollektivinə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB