Bank Of Baku

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
# 24 sentyabr 2011 11:44 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. APA-nın məlumatına görə, müşavirədə çıxış edən YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın inkişafı YAP-ın inkişafına da özünün müsbət təsirini göstərir: “Hazırda partiyamızın üzvlərinin sayı 550 min nəfərə yaxındır. Bu ilin altı ayı ərzində YAP-ın sıralarına 15 min nəfərə yaxın Azərbaycan vətəndaşı daxil olub. Sevindirici haldır ki, partiyamızın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin YAP-ı seçməsi partiyamızın sədri, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin bütün vətəndaşlar, xüsusilə gənclər tərəfindən dəstəklənməsindən xəbər verir”.

Ə. Əhmədov bildirib ki, YAP-ın Nizamnaməsinin normalarına uyğun olaraq partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsinin zamanı çatıb. Onun sözlərinə görə, müşavirə məhz bu konfranslara hazırlıq məsələlərinə həsr olunub: “Hesab edirəm ki, bu, partiya daxilində böyük bir kampaniyadır və Nizamnamə tələblərinə uyğun şəkildə konfransların keçirilməsi YAP-ın rayon və şəhər təşkilatlarının fəaliyyətinə qiymət vermək imkanı yaradır. Düşünürəm ki, YAP-ın artan nüfuzu, güclənən mövqeləri nəzərdə tutduğumuz konfransların yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yeni Azərbaycan Partiyasının uğurlarını nəzərə alaraq qeyd etmək istəyirəm ki, rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsi partiyamızın həyatında əhəmiyyətli hadisə olacaq”.

Müşavirədə həmçinin, YAP İcra katibinin müavini Siyavuş Novruzov çıxış edərək partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsi ilə bağlı hazırlanmış təlimata uyğun tövsiyələri yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR