Bank Of Baku

Əli Əhmədov: “Sərkisyanın bəyanatı Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir”

Əli Əhmədov: “Sərkisyanın bəyanatı Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir”
# 24 sentyabr 2011 11:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Sərkisyanın Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağı ilə bağlı sərsəm bəyanat səsləndirməsinin səbəbi Ermənistanın münaqişə ilə əlaqədar danışıqlar prosesində mövqelərinin zəifləməsindən xəbər verir. Digər səbəb isə onun öz ölkəsinin daxilində mövqelərinin və rıçaqlarının kifayət qədər itirilməsi ilə bağlıdır”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, dünya dəyişir və bu proses hamının gözü qarşısında baş verir. Onun sözlərinə görə, dəyişən dünyanın parametrlərindən biri də təcavüzə, işğalçılığa bütün dünyanın qətiyyətlə yox deməsindən ibarətdir: “Biz bunu aydın şəkildə görürük. Digər tərəfdən, Azərbaycanın mövqeləri, dünya üçün əhəmiyyəti gündən-günə artmaqdadır. Eynilə, Avropa məkanında ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirir və bu amil Ermənistanın mövqelərinin zəifləməsi ilə müşayiət olunmaqdadır. Sərkisyan itirilən mövqelərini bu bəyanatları ilə kompensasiya etmək fikrinə düşüb. Ermənistan iqtisadiyyatı çökməkdədir, əhali ölkəni tərk edir. Bu yaxınlarda Ermənistan guya hərbi parad keçirdi. Amma bu hadisə göstərdi ki, Ermənistanın qoşunları da əslində özünün deyil. İşğalçı dövlətin iqtisadiyyatı çoxdan əldən gedib, başqa dövlətin sərəncamına keçib. “Parad” isə göstərdi ki, Ermənistanın qoşunu da, bütün silahları da faktiki ona məxsus deyil. Belə olan təqdirdə, Sərkisyanın bu bəyanatı sözün həqiqi mənasında Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR