Bank Of Baku

Prezident İlham Əliyev Qubanın su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Qubanın su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub
# 24 sentyabr 2011 16:41 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Quba şəhərinə səfəri çərçivəsində şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısına bildirilib ki, dövlət büdcəsinin vəsaiti hesabına Quba şəhərinin su və kanalizasiya şəbəkələri və qurğularının yenidən qurulması məqsədilə bu ilin avqustunda işlərə başlanılıb. Layihəyə uyğun olaraq Qudyalçay çayı hövzəsində yeni horizontal su mənbəyinin tikintisi, “Qəçrəş yolu” yaşayış massivində 5 min kubmetr, “Dəvədabanı” yaşayış massivində 20 min kubmetr, Nügədi yolu ərazisində isə 5 min kubmetr tutumu olan su anbarlarının tikintisi, şəhər daxilində 152 km yeni magistral su və 147 km yeni kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulub.
Həmçinin qeyd olunub ki, layihəyə əsasən, Quba şəhərini içməli su ilə təmin edəcək xəttin üzərində 5 min kubmetrlik su anbarı inşa olunacaq. Burada toplanan su növbəti mərhələdə tikiləcək 3 min kubmetrlik iki anbara ötürüləcək. Bu isə həm Quba şəhər əhalisini, həm də rayonun bəzi kəndlərini fasiləsiz içməli su ilə təmin edəcək. Yeni inşa olunacaq kanalizasiya xətti də şəhərin mövcud kanalizasiya probleminin həllində mühüm rol oynayacaq. Burada toplanan kanalizasiya suları Xaçmaz çirkab sutəmizləyici qurğusuna ötürüləcək.

Sonra prezident İlham Əliyev “Azərsu” ASC tərəfindən ölkəmizin su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri əks etdirən stendlə tanış olub, habelə 5 min kubmetrlik su anbarının təməlini qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR