Bank Of Baku

Prezident İlham Əliyev Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak edib
# 24 sentyabr 2011 16:57 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, uzunluğu 22 km, eni 7 metr olan Quba-Qəçrəş-Qımılqazma yerli əhəmiyyətli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrindəki əhalinin sayı 26 min nəfərdir. Həmin yol uzun müddət istismarda olduğundan təmirə ehtiyacı olub. Yol yenidən qurularkən alt qatı 7, üst qatı 5 santimetr olmaqla ikiqat asfaltla örtülüb. Yağış sularının axıdılması üçün suötürücü qurğular quraşdırılıb, yolun dar hissələri genişləndirilib. Yol müvafiq nişanlarla təchiz olunub.

Kənd sakinləri ilə görüşən prezident İlham Əliyev əhalinin gediş-gəlişini asanlaşdıracaq bu yolun Qubanın inkişafı üçün əhəmiyyətini vurğulayıb, ölkədə bütün yolların, magistralların, o cümlədən kənd yollarının tikintisinə və yenidən qurulmasına xüsusi diqqət yetirildiyini bildirib. Prezident bu gün Qubanın inkişaf etdiyini, gözəlləşdiyini, abadlaşdığını da vurğuladı və bu prosesin bundan sonra da davam etdiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR