Azərbaycan prezidenti Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olub
Şahdağ qış-yay turizm kompleksinə gələn prezident İlham Əliyevə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizin ən böyük infrastruktur layihələrindən olan bu kompleksin yaradılmasına 2006-cı ildən başlanılıb. Dövlət başçısının diqqət mərkəzində olan bu nadir kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti yaradılıb. 2006-cı ildə elan edilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəliblər. Kompleksin tikintisinə 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə başlılıb. Bu kompleks Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşir. Kompleksin ümumi ərazisi 2 min 58 hektardır. Tikinti aparılan ərazi ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1640 metr hündürlükdəki təbii yaylaqda yerləşir. Tikinti işləri başa çatdıqdan sonra bu kompleksdə dağ-xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar olacaq. Bununla yanaşı, turistlər yayda burada dincəlmələri üçün gözəl şərait yaradılacaq. Şahdağ qış-yay turizm kompleksi dünyada olan bu tipli komplekslərdən öz nadirliyi və universallığı ilə fərqlənəcək, bütün il boyu fəaliyyət göstərəcək. Kompleks Azərbaycan və dünya turizm sənayesində ən möhtəşəm layihələrdən biri olmaqla dağ-xizək idmanının və digər qış idman növlərinin əsas, lakin yeganə olmayan məkanı kimi fəaliyyət göstərəcək.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, artıq kompleksdə tikinti işlərinin böyük hissəsi həyata keçirilib. Lift bazasında inşaat işlərinin gələn ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur. 18 min 327 kvadratmetr ərazisi olan lift bazasında üçmərtəbəli bina da tikilib. Bu binada inzibati mərkəzlə yanaşı, restoran, otel və digər yardımçı xidmətlər yerləşəcək. Bundan əlavə, bazanın ərazisində avtomobillər üçün dayanacaq, uşaq bağçası, xizək icarə xidməti, terras, mağazalar da fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ümumi sahəsi 37,6 hektar olan 6 eniş zolağı da qurulacaq.
Prezident İlham Əliyev kompleksə gələn yolların genişləndirilməsi, ümumiyyətlə, burada yol infrastrukturunun mükəmməl formada qurulması ilə bağlı tapşırıqlarını verdi. Dövlət başçısı kompleksdə uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları üçün də yüksək şəraitin yaradılmasına dair göstəriş verib.
Bildirilib ki, hazırda tikintinin birinci mərhələsi çərçivəsində turistlərin xizək enişinə çatdırılması üçün kanat yolları inşa olunur. 2, 4 və 9 nömrəli liftlərin quraşdırılması başa çatdırılıb. Uzunluğu 1484 metr olan 3 nömrəli liftin tikintisi də başa çatmaq üzrədir. Qar generatoru stansiyasının, yolların, elektrik xətlərinin, kanalizasiya sisteminin, rabitə və içməli su kəmərlərinin çəkilməsi də həyata keçirilir. Artıq kompleksdə kommunikasiya işlərinin 80 faizi yerinə yetirilib. Turistlərin xizəkdə sürüşməsi üçün süni qarlaşdırma sistemi yaradılır. Bununla əlaqədar bütün enişlərdə qar generatorları quraşdırılmışdır. İndi bu sistemin sınaqdan keçirilməsi üçün hazırlıq işləri aparılır. Eyni zamanda, qarın yığılması və bərkidilməsi üçün xüsusi maşınlar alınıb.
Prezident İlham Əliyevə kompleksdə çalışacaq heyət üçün inşa olunan 26 mənzilli dördmərtəbəli yaşayış binasının tikintisi barədə məlumat verilib. Qeyd olunub ki, burada bütün xidmətlərin göstərilməsi üçün tədbirlər həyata keçirilir. Belə ki, burada camaşırxana, 44 yerlik avtodayanacaq, idman mərkəzi və digər yardımçı sahələr yerləşəcək.
Bildirildi ki, turizm kompleksini xarici kommunikasiya ilə təmin etmək üçün bir sıra obyektlərin inşası nəzərdə tutulub. Buraya 35 kilometrlik kanalizasiya sistemi, təmizləyici qurğusu olan içməli su kəməri, 29 kilometrlik fiber-lifli rabitə xətti, 31 kilometr uzunluğunda 110 kilovoltluq elektrik xətti, 35,7 kilometrlik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yollarının, qolf meydançası və restoranı olan klubun, dördulduzlu mehmanxananın, heyət üçün binanın, xırda mehmanxanaların, pansionat və idman qurğularının daxil olduğu “Şahdağ” Gənclər Mərkəzinin, 900 nömrəlik relaks mehmanxana şəbəkəsinin, at fermasının, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulub. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirməsi planlaşdırılıb.
Sonra dövlət başçısı kompleksə daxil olan dördulduzlu “Resort” oteldə tikinti işlərinin gedişi ilə tanış olub. Bildirildi ki, iki mərtəbəsi yerin altında olmaqla ümumilikdə yeddimərtəbəli otel 340 nəfər üçün nəzərdə tutulub. Bundan əlavə, SPA mərkəzi, hovuz, xizək məktəbi, idman avadanlığının kirayəsi mərkəzi, kafe, bar, konfrans zalı da bu oteldə fəaliyyət göstərəcək. Otelin 149 avtomobil üçün dayanacağı da tikiləcək.
Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, bu otelin yaxınlığında daha bir beşulduzlu otel inşa ediləcək. Bununla əlaqədar indi torpaq işləri görülür, yaxın gələcəkdə tikintiyə başlanacaq.
Bildirilib ki, Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir.
Turizm kompleksinin tikintisi ilə tanış olan dövlət başçısı daha sonra inşaat işlərini həyata keçirən yerli və xarici şirkətlərin rəhbərləri ilə müşavirə keçirib.
Prezident İlham Əliyev layihə çərçivəsində işlərin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB