Prezident İlham Əliyev: “Azərbaycan bölgədə ən güclü dövlətdir”
Prezident bildirib ki, Qubada gözəl, əzəmətli, möhtəşəm Heydər Əliyev Mərkəzi açılıb. “Bu münasibətlə hamınızı ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, ölkəmizdə son illər ərzində tikilən Heydər Əliyev mərkəzlərinin bəlkə də ən yaraşıqlısı, möhtəşəmi və funksional baxımdan ən gözəli Quba mərkəzidir. Bu mərkəz həm şəhərə əlavə yaraşıq verir, eyni zamanda, burada müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır. İndi mərkəzlə tanış olarkən gördüm ki, həm konfrans zalı, kinoteatr, dərnəklər, kafe fəaliyyət göstərir. Elə etməliyik ki, mərkəzdə daim iş getsin, Quba sakinləri, Qubanın qonaqları bu mərkəzdən səmərəli şəkildə istifadə etsinlər”, o deyib.
Bu il Azərbaycanın müstəqilliyin bərpasının 20-ci ildönümünü qeyd olunduğunu deyən prezident bildirib: “Ölkəmiz 20 il ərzində imkanlarını böyük dərəcədə genişləndirə bilib. 20 il əvvəl - müstəqilliyimizin ilk illərində sual meydana çıxırdı ki, Azərbaycan necə inkişaf edəcək? On ildən, 20 ildən sonra necə ölkə olacaq? Bildiyimiz kimi, müstəqilliyimizin ilk illəri bizim üçün ağır illər kimi yadda qalıb, tarixdə qalıb. Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra - 1993-cü ildə ölkəmizdə yeni dövr başlayıb. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başladı və qısa müddət ərzində vəziyyət sabitləşdi, iqtisadi tənəzzülə son qoyuldu. İqtisadi inkişaf başladı, ölkəyə investisiyalar gəlməyə başladı. Azərbaycan dünya birliyində özünə layiq yerini tuta bilib”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın inkişafı həm ölkə vətəndaşları tərəfindən qiymətləndirilir, eyni zamanda, beynəlxalq təşkilatlar Azərbaycanda gedən prosesləri yaxından izləyir və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycana yüksək reytinqlər verir. Onun fikrincə bu görünən işlərə beynəlxalq ictimaiyyət tərəfindən verilən qiymətdir.
“Artıq 20 il müstəqil ölkə kimi yaşayan Azərbaycan gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Çünki bu günə qədər qəbul edilən bütün proqramlar icra edilir. Bir dənə də olsun yubanma, geriləmə yoxdur. Hər bir sahəni əhatə edən konkret proqramlar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Bu proqramlardan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd etmək istərdim. 2004-cü ilin fevralında qəbul edilmiş bu Proqram artıq ikinci mərhələsinə qədəm qoyubdur. Proqramın icrası nəticəsində Azərbaycanın bölgələri böyük dərəcədə inkişaf edib. Bölgələrin inkişafı bizim üçün əsas məsələ kimi 2004-cü ildə qarşıya qoyulmuşdur, bu gün də belədir”, prezident deyib.
O vurğulayıb ki, bölgələrdə görülən işlər artıq deməyə imkan verir ki, Proqramın böyük hissəsi icra edilib, 100 minlərlə iş yeri açılıbdır. Bütün şəhərlərimiz, rayon mərkəzlərimiz abadlaşıb, gözəlləşib. İnfrastruktur layihələri icra edilir. “Bütün ölkədə yol çəkilişi layihələri icra edilir. İndi hər bir rayon mərkəzində, hər bir şəhərdə içməli su, kanalizasiya layihələri icra edilir, qazlaşdırma prosesi uğurla gedir. İnsanların normal yaşaması üçün lazım olan bütün digər tədbirlər görülür. Xəstəxanalar, məktəblər, idman qurğuları, idman kompleksləri yaradılır. Bu inkişafı qubalılar öz rayonlarının timsalında da görə bilirlər.
Qubada çox gözəl Olimpiya Kompleksi, ən yüksək standartlara cavab verən Müalicə-Diaqnostika Mərkəzi, möhtəşəm Heydər Əliyev Mərkəzi tikilmişdir. Rayonda infrastruktur layihələri icra edilir. Bakı-Quba avtomobil yolu istismara verilib və çox rahat, gözəl, beynəlxalq standartlara uyğun bir yoldur. İndi Bakıya və qonşu rayonlara çox rahat getmək mümkündür”.
Prezident qeyd edib ki, kəndlərdə abadlıq işləri aparılır. Qubanın çox böyük turizm potensialı var. “Əfsuslar olsun ki, əvvəlki dövrdə biz bu imkanlardan lazımi səviyyədə istifadə edə bilməmişik. Ancaq indi turizmin inkişafına daha da böyük diqqət göstərilir. Qubada beşulduzlu mehmanxananın tikintisi gedir, digər turizm kompleksləri yaradılır və yaradılmalıdır. Bir sözlə, Quba rayonunun hərtərəfli inkişafı üçün son illər ərzində kifayət qədər diqqət göstərilib, vəsait ayrılıb. Yaxın zamanlarda əlavə vəsait ayrılacaq”.
Qubanın Azərbaycanın qədim şəhər, qədim diyarı olduğunu deyən prezident bildirib: “Azərbaycanın qədim şəhərlərinə dövlət tərəfindən diqqət də xüsusi məna daşımalıdır.
Bizim bütün şəhərlərimiz abadlaşır. Hər bir rayonda, hər bir qəsəbədə inkişaf gedir. Hər bir rayonun, şəhərin inkişafı prezident kimi mənim üçün əhəmiyyətlidir və vacibdir. Ancaq tarixi nöqteyi-nəzərdən Azərbaycanda elə qədim diyarlar, şəhərlər var ki, onların adları qədim xəritələrdə də göstərilir. Quba da o şəhərlərin arasında özünə layiq yer tuta bilib. Buna görə Qubaya xüsusi diqqət göstərilməlidir”.
İlham Əliyev deyib ki, gələcəkdə rayonun sosial-iqtisadi inkişafı üçün əlavə tədbirlər görüləcək. “Burada həm iş yerləri yaradılır və yaradılmalıdır, sosial infrastruktur yenilənməlidir, məktəb tikintisi gedir, daha da sürətlə getməlidir. İndi məktəb tikintisi bütün ölkəmizdə geniş vüsət alıb. Elə etməliyik ki, ən ucqar kənd məktəbi də yüksək səviyyədə tikilsin.
Kənd yollarına xüsusi diqqət göstərilir. Son vaxtlar Prezidentin Ehtiyat Fondundan müxtəlif kənd yollarının tikintisi üçün vəsait ayrılıb. Quba rayonuna isə bəlkə də hamıdan əvvəl vəsait ayrılıb. Yadınızdadır, bir neçə il bundan əvvəl Quba-Xınalıq yolu əsaslı şəkildə tikilmişdir və daim nəzarətdə saxlanılmalıdır. Çünki siz yaxşı bilirsiniz, orada təbii şərait elədir ki, bəzi hallarda yol sıradan çıxır, dərhal bərpa olunmalıdır. Bütün yollarımız tikilməlidir, insanların normal yaşaması üçün bütün şərait yaradılır və yaradılmalıdır”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bugünkü uğurlu inkişafı dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. “Azərbaycan bölgədə ən güclü dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi bizim ölkədə formalaşır. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır və əhalimiz ildən-ilə artır. Artıq 9 milyon 100 min əhalimiz var və getdikcə daha da artacaq. Əlbəttə ki, təbii sərvətlərimiz bizə inam, əlavə qüvvə verir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Hər bir vətəndaş bu müsbət dəyişiklikləri öz həyatında görməlidir və biz bunun üçün çalışırıq”.
Onun fikrincə bölgələrin inkişafı və qeyri-neft sektorunun artması nəticəsində işsizlik kimi böyük bir bəla aradan qaldırılır. “Bu il Azərbaycanın iqtisadi inkişafı, inkişaf templəri o qədər də yüksək deyildir. Bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər azalıb və bu, ümumi göstəriciyə dərhal təsir göstərir. Ancaq bu, artıq əsas məsələ deyildir. Əsas məsələ ondadır ki, qeyri-neft iqtisadiyyatımız artır. Bu, onu göstərir ki, vaxtilə neft sənayesinə qoyulan vəsait artıq qeyri-neft sənayesinin inkişafı üçün işləyir. Bu, onu göstərir ki, düşünülmüş proqramların icrası nəticəsində biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələlərinə də nail ola bilmişik. Gələcəkdə biz hər bir bölgənin özünə xas olan xüsusiyyətlərindən səmərəli şəkildə istifadə etməliyik. Turizm, kənd təsərrüfatı, yüngül sənaye, emal sənayesi – bu sahələr bu bölgə üçün daha da önəmlidir və əminəm ki, gələcəkdə bu məqsədlərə çatmaq üçün əlavə tədbirlər görüləcək”, prezident deyib.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Paytaxtda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib
Prezident Azərbaycanın mürəkkəb beynəlxalq problemlərin həllində etibarlı mərkəzə çevrilməsinin səbəbini açıqlayıb
Gürcüstan hökuməti: Azərbaycanla ən yaxşı münasibətlərə malikik
Azərbaycan Prezidenti: Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Azərbaycan Prezidenti: Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını bundan sonra da dəstəkləyəcəyik
TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda 600 min videonu silib
Azərbaycan Prezidenti: Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik
“SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə olunur
Politoloq: Şuşa Qlobal Media Forumu unkial tədbirlərdən biridir
İsmayıllıda 6 yaşlı uşaq hovuzda boğulub
Azərbaycan Prezidenti: Sərhədləriniz ətrafında müharibələr davam edirsə, heç vaxt özünüzü tam təhlükəsiz hiss edə bilməzsiniz
Prezident: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
Bu il Azərbaycanın qeyri-neft ixracı 17% artıb
Qubada keçmiş məhkum silahla saxlanılıb
Azərbaycan Prezidenti: Həmişə ABŞ-la yaxşı münasibətlər qurmaq istəmişik, Trampa dərin minnətdarlığımızı bildiririk
Prezident: Hökumətdə təkcə AŞPA-da fəaliyyətimizi dondurmağı deyil, Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycan Avropa İttifaqına üzv digər ölkələrlə də qaz ixracına dair danışıqlar aparır
Azərbaycan Prezidenti: Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq
Prezident: Rusiya, Qazaxıstan və digər ölkələrdən Ermənistana Azərbaycandan keçməklə 40 min tondan çox yük daşınıb
AZAL ilk dəfə “Great Place to Work” sertifikatı ilə təltif olunub
Dövlət başçısı: Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
Prezident İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
“SİMA İmza” ilə bütün vergi xidmətləri cibinizdə!
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Əmtəə bazarlarında qızılın qiyməti 4 100 dollardan aşağı enib
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
Prezident: Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir
Prezident İlham Əliyev: Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır
Bakı–Quba yolunda yanacaq maşını aşıb, yanğın olub - VİDEO
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
FHN: Ötən həftə 560 yanğına çıxış olub, 58 nəfər xilas edilib - VİDEO
Bakıda hündürmərtəbəli binanın zirzəmisində yanğın olub - YENİLƏNİB-1
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb
Prezident: Şərqdə və Qərbdə yerləşən tərəfdaşlarımızla münasibətlərimiz çox yüksək səviyyədədir
Azərbaycan Prezidenti: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışıb
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb - CANLI
Bu günün valyuta məzənnələri
Dünya bazarlarında neft 4%-dən çox bahalaşıb
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Moskvada gecə dron hücumu nəticəsində üç nəfər ölüb, beş nəfər isə yaralanıb