Bank Of Baku

Prezident Ilham Əliyev Qırmızı qəsəbənin sakinləri ilə görüşüb

Prezident Ilham Əliyev Qırmızı qəsəbənin sakinləri ilə görüşüb
# 24 sentyabr 2011 23:35 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşüb. APA-nın xəbərinə görə, sakinləri salamlayan prezident respublikanın bütün bölgələrinin, o cümlədən Qubanın da inkişaf etdiyini deyib: “İndi Qubada yeni su layihəsi başlayır. Qəsəbədə də olacaq. Qubada da, başqa bölgələrdə də içməli su, kanalizasiya problemi var. Əminəm ki, yaxın zamanlarda, bir il, il yarım ərzində su problemi tamamilə aradan qaldırılacaq. Kanalizasiyaya gəldikdə, bu, ümumiyyətlə heç vaxt olmayıb. Ona görə indi tam, yeni, müasir səviyyədə olmalıdır. Quba da gözəlləşir, yaxşı binalar tikilir. Qəsəbədə də işlər yaxşıdır. Qubada gözəl, möhtəşəm Heydər Əliyev Mərkəzi tikilib. İndi Qubanın küçələri də abadlaşır, kənd yolları da. Mənə dünən dedilər ki, bizim açdığımız Diaqnostika Mərkəzi indi tam gücü ilə işləyir”.

Dövlət başçısı Qubanın su-kanalizasiya təchizatının əhalinin artımı nəzərə alınmaqla, 2035-ci ilə qədər yerinə yetirilməsinin planlaşdırıldığını qeyd edib: “Əlbəttə, inkişaf gedir. “Şahdağ”, “Xaçmaz” elektrik stansiyalarını tikdik. İndi bu bölgədə işıq problemi yoxdur. Rayon tamamilə qazlaşdırılmalıdır. Ətraf kəndlərdə də qaz boruları yeni üsulla çəkilir. Bu, müasir yanaşmadır. Qubalılar məsələ qaldırdılar ki, o köhnə körpünü də bərpa edək. Həmin qədim körpü yenidən qurulacaq, həm tarixi abidə kimi, həm də maşınlar da keçə bilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR