Bank Of Baku

ADP BMT-ni Fələstin dövlətinin tanınması istiqamətində zəruri addımlar atmağa çağırıb

ADP BMT-ni Fələstin dövlətinin tanınması istiqamətində zəruri addımlar atmağa çağırıb
# 26 sentyabr 2011 14:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə edilib.

İdarə Heyəti üzvləri BMT-nin 66–cı sessiyasında müzakirə edilən məsələlərə, xüsusilə Türkiyənin baş naziri Ərdoğanın Fələstin, Kipr və Dağlıq Qarabağ problemləri ətrafında səsləndirdiyi bəyanatlara münasibət bildirib və onun BMT-nin bu problemlərin çözülməsində passivlik nümayiş etdirməsi barədə dünya ictimaiyyətinə ünvanladığı müraciətləri ilə həmrəy olduğunu diqqətə çatdırıb.

Partiya rəsmiləri BMT-ni Fələstinlə bağlı öz qərarlarına hörmətlə yanaşmağa və Fələstin dövlətinin tanınması istiqamətində zəruri addımlar atmağa çağırıb.

Partiya yetkililəri Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni müstəviyə daxil olması şəraitində Dağlıq Qarabağ məsələsinin əsas şərt kimi irəli sürülməsinin vacibliyini hakimiyyətin diqqətinə çatdırıb.

İdarə Heyəti üzvləri “Siyasi partiyalar haqqında” qanun layihəsinin təzədən müzakirə obyektinə çevrilməsinə də münasibət bildirib və bu qanunun qəbul edilməsində təkcə partiyaların Milli Məclisdə təmsilçiliyi prinsipinin deyil, onların cəmiyyətdə tutduğu mövqe və siyasi çəkisinin əsas götürülməsinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR