Bank Of Baku

Vəkillər İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan şəxslərə bəraət istəyiblər

Vəkillər İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan şəxslərə bəraət istəyiblər
# 26 sentyabr 2011 14:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında keçirilən məhkəmə prosesində vəkillərdən bəziləri çıxış ediblər. Onlar müdafiə etdikləri şəxslərə qarşı saxta ittiham verildiyini, onların günahsız olduqlarını bildirib, məhkəmədən təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Proses sentyabrın 28-də digər vəkillərin çıxışları ilə davam etdiriləcək.

Qeyd edək ki, bu gün keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərdən Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin hər birinin 3 il, Fuad Qəhrəmanlının isə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb.
Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR