Bank Of Baku

Respublika Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Respublika Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
# 27 sentyabr 2011 09:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Respublika Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamını xatırladaraq müstəqilliyin Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib. O qeyd edib ki, 1993-cü ilin ikinci yarısından başlayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olma təhlükəsi aradan qalxıb, mərhum prezidentin rəhbərliyi altında müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət qurulub, ölkə həyatının bütün sahələrinə əhatə edən köklü islahatlar aparılıb.

N. Əsgərov deyib ki, dövlət müstəqilliyi dövründə prokurorluq orqanları müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə qaldırılıb.

Daha sonra tədbirdə çıxış edən Baş Prokurorluğun idarə və şöbə rəisləri ölkənin müstəqillik yolunda keçdiyi tarixi mərhələlərdən danışaraq, bu illərdə prokurorluq fəaliyyətinin konkret sahələri üzrə ətraf məlumat veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR