Bank Of Baku

Prokuror Təhsil Nazirliyi qarşında keçirilən aksiyada saxlanılan dindarlara cəza istəyib

Prokuror Təhsil Nazirliyi qarşında keçirilən aksiyada saxlanılan dindarlara cəza istəyib
# 27 sentyabr 2011 10:00 (UTC +04:00)
Vəkil Anar Qasımovun APA-ya verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərdən Araz İsmayılov, Rüfət Nuriyev və Nurani Məmmədovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Rövşən Məmmədov və Əlvan Hüseynovun isə 3 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalından azadlığa buraxılmasını istəyib.

Proses oktyabrın 4-də davam etdiriləcək.

Xatırladaq ki, mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edən 65 nəfər saxlanılıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR