Bank Of Baku

Əli Hüseynov beynəlxalq təşkilatların Azərbaycanda mülkiyyət hüquqlarının kobud şəkildə pozulması barədə hesabat və rəylərini əsassız sayır

Əli Hüseynov beynəlxalq təşkilatların Azərbaycanda mülkiyyət hüquqlarının kobud şəkildə pozulması barədə hesabat və rəylərini əsassız sayır
# 27 sentyabr 2011 10:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Mülkiyyətin özgəninkiləşdirilməsi halları təkcə Azərbaycanda deyil, bütün ölkələrdə var. Mülkiyyət bəzən hətta ictimai maraq naminə özgəninkiləşdirilir, dövlət tərəfindən alınır. Bu zaman mübahisələr yaranır, narazı qalan tərəflər olur. Bundan ötrü müəyyən prosedur olmalıdır. Əgər vətəndaş həmin prosedurdan narazıdırsa, bu zaman məhkəməyə müraciət etməlidir. Azərbaycan hökuməti də çox qısa zaman çərçivəsində inzibati məhkəmə sistemini formalaşdırıb ki, dövlət-hakimiyyət orqanlarının qərarlarından şikayət vermək mümkün olsun. Yəni, mübahisə yaranırsa, narazılıq varsa, məhkəməyə müraciət etmək lazımdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib.

O, bəzi beynəlxalq təşkilatların Azərbaycanda mülkiyyət hüquqlarının kobud şəkildə pozulması barədə hesabat və rəylərinin isə əsassız olduğunu vurğulayıb: “Bunlar əsassız məlumatlardır. Bilirsiniz, belə məlumatlar olur. BBC kimi televiziya boksda guya rüşvət olması barədə məlumat yayıb. Hərdən bu cür əsassız məlumatlar yayılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR