Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının fövqəladə toplantısı keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının fövqəladə toplantısı keçirilib
# 27 sentyabr 2011 15:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) fövqəladə toplantısı keçirilib. Bu barədə APA-ya İP KŞ üzvü Aqil Səmədbəyli məlumat verib. O bildirib ki, İP KŞ-nin fövqəladə toplantı keçirməsinə səbəb sentyabrın 26-da İP-in tanınmış üzvlərinə məhkəmədə prokuror tərəfindən ağır cəza istənməsi olub.

Toplantıda Türkiyə ilə Azərbaycan arasında münasibətlərlə bağlı sentyabrın 28-nə planlaşdırılan tədbirin təxirə salınması qərara alınıb.

İP KŞ-nin toplantısında digər məsələlər də müzakirə olunub.

Toplantıda İP-in növbəti sessiyasının oktyabrın 1-də Müsavat Partiyasının qərargahında keçirilməsi barədə də qərar qəbul olunub.

İP-in Nizamnaməsinə əsasən, sessiya ayda bir dəfədən az olmamaqla keçirilməlidir.

Qurumun sonuncu sessiyası avqustun 27-də keçirilib. Sentyabr ayında isə İP-in sessiyası keçirilməyib. A. Səmədbəyli sessiyanın sentyabr ayına deyil, oktyabrın ilk gününə təyin olunmasını sentyabrın sonuncu gününün həftənin cümə gününə, yəni iş gününə təsadüf etməsi ilə izah edib: “Buna görə də sessiyanı şənbə gününə təyin etdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR