Bank Of Baku

Mübariz Əhmədoğlu: ““Wikileaks”in sənədləri Serj Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən simasını açır”

Mübariz Əhmədoğlu: ““Wikileaks”in sənədləri Serj Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən simasını açır”
# 28 sentyabr 2011 11:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, politoloq ABŞ-Ermənistan münasibətləri və onun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri, eləcə də “Wikileaks” saytında Ermənistanda keçirilən seçkilərlə bağlı açıqlanan məlumatları təhlil edib. O deyib ki, ABŞ Ermənistanda keçirilən seçkilərdə ciddi saxtakarlıq edildiyindən müfəssəl məlumatlıdır, lakin nədənsə Vaşinqton Ermənistanda böyük nüfuza malik Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Qərbyönümlü müxalifəti deyil, kriminallaşmış Serj Sarkisyan hakimiyyətini dəstəkləyir. Politoloqun fikrincə, ABŞ-ın bu siyasəti riyakarlıqdır: “Amerika bilir ki, Serj Sarkisyan Rusiyanın adamıdır. Ermənistanda Sarkisyanın birbaşa rəhbərliyi ilə kriminal idarəçilik formalaşıb və bu da siyasi mübarizənin aparılmasına imkan vermir”.

M. Əhmədoğlu bildirib ki, ABŞ-ın Ermənistandakı səfirliyi 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı Dövlət Departamentinə göndərdiyi raportunda bildirib ki, S. Sarkisyan iddia olunduğu kimi 52 faiz deyil, bundan 8-14 faiz az səs toplayıb. Onun rəqibi Ter-Petrosyan isə 21,5 faiz yox, 30-35 faiz arası səs toplayıb: “Göndərilmiş məktublar Ermənistanın cinayətkar klanlar tərəfindən idarə olunduğunu sübut edir. Sənədlər Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən simasını açır, Ermənistan rəhbərliyində geniş vüsət almış cinayətkar münasibətləri ifşa edir”.

M. Əhmədoğlu Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasının əsas müəllifi və ilhamvericisinin Barak Obama administrasiyası olduğunu da söyləyib: “İctimaiyyət bilməlidir ki, məhz Amerika administrasiyasının riyakar və pozucu mövqeyi nəticəsində konstruktiv məcraya yönəldilmiş və Azərbaycanın milli maraqlarının təmin olunmasını nəzərdə tutan danışıqlar prosesi pozulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR