Bank Of Baku

“Qarabağ” bloku 18 oktyabrın qeyri-iş günü elan olunmasını təklif edir

“Qarabağ” bloku 18 oktyabrın qeyri-iş günü elan olunmasını təklif edir
# 28 sentyabr 2011 12:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ümid Partiyasının mərkəzi qərargahında “Qarabağ” Siyasi Blokuna daxil olan Demokrat və Ümid partiyaları idarə heyətlərinin birgə toplantısı keçirilib. Ümid Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda müstəqilliyin 20-ci illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı, “Siyasi partiyalar haqqında” qanunun müzakirəsinin təşkili, blokun beynəlxalq təşkilatlara təqdimatı və ölkədə fəaliyyət göstərən səfirliklərlə əlaqələrinin qurulması istiqamətində geniş müzakirələr aparılıb.

Yığıncaqda blokun icra aparatının yaradılması barədə qərar qəbul edilib. Toplantıda 2 aprel mitinqində həbs olunanların məhkəmə prosesi, müstəqil vəkillərə qarşı hakimiyyət tərəfindən başlanan təzyiqlər də müzakirə edilib və etiraz bəyanatı qəbul olunub. Həbs olunan müxalifətçilərin və təzyiqlərlə üzləşən vəkillərin hüquqlarının müdafiəsi blokun gündəlik tədbirlər planına daxil edilib.

İclasda həmçinin 18 oktyabr - Müstəqillik Gününün qeyri-iş günü elan edilməsi ilə bağlı hökumətə təklif göndərilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR