Bank Of Baku

Millət vəkili «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanun layihəsində nəzərdə tutulan bəzi məsələlərə aydınlıq gətirib

Millət vəkili «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanun layihəsində nəzərdə tutulan bəzi məsələlərə aydınlıq gətirib
# 28 sentyabr 2011 14:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.

Z. Orucun sözlərinə görə, yeniliklər Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığına bağlı tələblərdən irəli gəlir. Hərbi xidmətin əsaslarına dair fundamental məsələlərdə isə dəyişiklik yoxdur.

«Çağırış yaşı, xidmət dövrü, möhlət hüququ ilə bağlı məsələlər dəyişilməz qalır. Amma hərbi vəzifəlilər məsələsində müxtəlif yeni müddəalar var. Ola bilsin ki, bu, hərbi sferadakı islahatlarla bağlıdır», - deyə millət vəkili vurğulayıb.

Z. Oruc yeni qanunda ordunun müqavilə əsasında çalışan heyətlə komplektləşdirilməsinə dair məsələnin yer almadığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR