Bank Of Baku

Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbərliyi Bolqarıstanda səfərdə olub

Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbərliyi Bolqarıstanda səfərdə olub
# 28 sentyabr 2011 15:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə və partiya sədrinin müavinləri Əsədulla Qurbanov, Elşad Əliyev və Samir Xurşudov Bolqarıstanda səfərdə olublar. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Demokratik Hərəkatının dəvəti əsasında baş tutan səfər çərçivəsində DADP ilə hərəkat arasında əməkdaşlıqla bağlı Memorandum imzalanıb. Həmçinin DADP sədrinin hərəkatın fəxri sədr seçilməsi ilə bağlı qərar qəbul edilib.

M. Əlizadə deyib ki, Memoranduma əsasən partiya ilə hərəkat arasında siyasi, iqtisadi əlaqələr daha da intensivləşəcək. Partiyanın orqanı olan “XXI əsr” qəzetinin bolqar dilində eyni adla nəşri də nəzərdə tutulub. Eyni zamanda Bolqarıstan mədəniyyətinin Azərbaycanda və Azərbaycan mədəniyyətinin isə Bolqarıstanda geniş yayılması, Dağlıq Qarabağ münaqişəsinə dair əsl həqiqətlərinin Bolqarıstan ictimaiyyətinə çatdırılması yönündə iş aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR