Bank Of Baku

Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 29 sentyabr 2011 08:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Moskva Dövlət Linqvistik Universiteti tərəfindən birgə təşkil olunub. Tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Rusiya Pravoslav Kilsəsinin şöbə müdiri Vsevolod Çaplin iştirak edir.

Allahşükür Paşazadə çıxışında qeyd edib ki, Azərbaycan və Rusiya arasında din sahəsində qarşılıqlı münasibətlər mövcuddur: “Rusiyanın din xadimləri və konfessiya rəhbərləri ilə bizim çoxsaylı görüşlərimiz olur, geniş miqyaslı əlaqələrimiz var. Azərbaycan tolerant ölkədir. Bu siyasətin əsası Heydər Əliyev tərəfindən qoyulub. İndi isə bu siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

QMİ sədri deyib ki, konfrans Qafqazda dini əməkdaşlıq sahəsində yeni mərhələ, irəliyə doğru atılan yeni addımdır: “Qafqazın əmin-amanlığı, rifahı bizim hər birimiz üçün böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycanda, həm də Şimali Qafqaz respublikalarında dini və müqəddəs yerlərə yaxşı münasibətin, diqqətin olması vacibdir. Müqəddəs məkanlar təmir və bərpa olunur. Yeni təhsil müəssisələri açılır. Mən Çeçenistanda, Dağıstanda, İnquşetiyada olanda bunun şahidi olmuşam”.

A. Paşazadə çıxışında Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, 1 milyon qaçqın və məcburi köçkün olduğunu, Azərbaycan xalqına qarşı terror aktları törədildiyini deyib. QMİ sədri Azərbaycanın beynəlxalq separatizmə, terrorizmə qarşı bütün beynəlxalq müqavilələrə qoşulduğunu da qeyd edib. O, həmçinin Qafqazda sülhün bərpa olunacağına əminliyini vurğulayıb: “Dünya dövlətləri ilə səmərəli əməkdaşlığımız möhkəmlənəcək və dini ekstremizm bəlasına qalib gələcək”.

PA şöbə müdiri Əli Həsənov da çıxışında Azərbaycanın tolerant ölkə olduğunu, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gələndən sonra ilk növbədə tolerantlıq siyasəti yürütməyə başladığını deyib: “Azərbaycan çox mədəniyyətli və çox dinli respublikadır”.

Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktı barədə danışan Ə. Həsənov deyib ki, ermənilər Azərbaycan torpaqlarını işğal etməklə etnik separatizm siyasəti aparırlar: “Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdən biridir”.

PA rəsmisi bildirib ki, bugünkü konfransda qəbul olunacaq hər hansı sənəd tolerantlığa öz töhfəsini verəcək.

V. Çaplin isə bildirib ki, din hər bir fərdin şəxsi məsələsi deyil, cəmiyyətlə əlaqə yaradan amildir: “Din sülh, cəmiyyəti birləşdirən inteqrasiya faktoru ola bilər. Bəzi adamlar Qafqazın ancaq müharibə yeri, siyasi oyunlar üçün bir məkan olduğunu düşünürlər. Amma Qafqaz çoxmillətli, çox dinli bir yerdir. Bu mənada Qafqaz nümunə ola bilər. Bakı da belə bir yerdir. Azərbaycan da çoxmillətli, çox dinli münasibətlər modelinin bir nümunəsidir. Biz Azərbaycanın tolerantlıq təcrübəsindən yararlanmalı, öyrənməliyik”.

Tədbir davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR