Bank Of Baku

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
# 29 sentyabr 2011 11:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, Azərbaycan 5000 illik qədim və zəngin dövlətçilik tarixinə malikdir: “XX yüzilliyin əvvəllərində, 1918-ci ildə Azərbaycanda Şərqdə və türk dünyasında ilk dəfə olaraq respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi dövlətçiliyin bərpası yolunda atılan addım idi. Amma xarici müdaxilənin təsiri ilə Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində süquta uğradı. 1988-ci ildən başlayan erməni təcavüzü, 20 Yanvar, Xocalı faciələri Azərbaycan xalqını müstəqillik istəyindən döndərə bilmədi”.

M. Kərimov deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi istiqamətində ciddi addımların atılmasına səbəb olub: “Heydər Əliyevin səyi ilə Ermənistanla atəşkəs imzalandı, xarici siyasətdə uğurlar əldə edildi, Azərbaycanın yeni dövlət neft strategiyası yarandı. Bunun nəticəsidir ki, hazırda Azərbaycan uğurla inkişaf edir. Bu gün 20 illik müstəqillik bayramını qeyd etmək çox qürurvericidir”.

Konfrans çərçivəsində gürcü tarixçisi Quram Marxuliyanın “Ermənilər Ermənistan axtarışında”, türk tarixçisi Mehmet Sarayın “Quzey və Güney Azərbaycan türklərinin tarixi” kitablarının təqdimatı keçirilib və hər iki tarixçiyə Tarix İnstitutunun fəxri doktoru diplomu verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR