Bank Of Baku

İctimai Palata 2 aprel məhbuslarının məhkəmə prosesi ilə bağlı mətbuat konfransı keçirib

İctimai Palata 2 aprel məhbuslarının məhkəmə prosesi ilə bağlı mətbuat konfransı keçirib
# 29 sentyabr 2011 12:37 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Müsavat Partiyasının qərargahında İctimai Palatanın 2 aprel məhbuslarının məhkəmə prosesi ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə İP-nin aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan üzvlərinə qarşı keçirilən məhkəmə prosesi müzakirə olunub, bəzi təkliflər irəli sürülüb.

Mətbuat konfransında bildirilib ki, həbs olunan müxalifət nümayəndələrinə qarşı dövlət ittihamçısı tərəfindən ağır ittihamlar irəli sürülüb, onları müdafiə edən vəkillər isə prosesdən kənarlaşdırılıb. Buna görə də Avropa Birliyinə Azərbaycanda vəkilliyin problemi ilə bağlı müraciət göndərilib, yaxın günlərdə bunun müzakirə ediləcəyi gözlənilir.

Tədbirdə İP Koordinasiya Şurasının üzvləri Aqil Səmədbəyli, Vidadi Mirkamal, Pənah Hüseyn, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İP üzvləri Arzuman Məcidli, AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov və vəkil Elçin Namazov çıxış ediblər.

Sonda İP Koordinasiya Şurası bütün İctimai Palata üzvlərini, vətəndaşları sabah saat 10.30-da Səbail Rayon Məhkəməsinin qarşısına toplaşaraq həbs olunan müxalifət nümayəndələrinə dəstək verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR