Bank Of Baku

Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanıb

Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanıb
# 30 sentyabr 2011 07:28 (UTC +04:00)
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, namizədlərin irəli sürülməsi prosesinə bu gündən başlanılıb.

Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Ümumilikdə 330 bələdiyyə üzrə 464 yerə bələdiyyə seçkisi noyabrın 30-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR