Bank Of Baku

«Diffamasiya haqqında» qanun layihəsi Milli Məclisə daxil olmayıb, «Sabiq prezidentlər haqqında» qanun layihəsi üzərində isə iş gedir

«Diffamasiya haqqında» qanun layihəsi Milli Məclisə daxil olmayıb, «Sabiq prezidentlər haqqında» qanun layihəsi üzərində isə iş gedir
# 30 sentyabr 2011 09:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə parlamentin iclasında Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Spikerin sözlərinə görə, hazırda parlamentdə belə bir qanun layihəsi yoxdur: «Belə bir qanun olarsa, onu ictimai müzakirəsiz qəbul etmək olmaz. Belə bir qanun yoxdur. 5-6 nəfər nəsə hazırlayıbsa, deyə bilmərəm».

Spiker «Sabiq prezidentlər haqqında» qanun layihəsinin isə üzərində iş aparıldığını bildirib: «Bunun maliyyə məsələləri var idi, artıq həllini tapıb. Qanun parlamentin iş planına salınıb».

O. Əsədov “Siyasi partiyalar haqqında” qanun layihəsinin isə Avropa Şurası Venesiya Komissiyası ilə birgə işləndiyini qeyd edib: “Hazır olanda qəbul edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR