Bank Of Baku

Nizami Cəfərov: “Türkiyəyə səfər etməyimə qadağa qoyulması barədə yayılan məlumatlar tamamilə yanlışdır”

Nizami Cəfərov: “Türkiyəyə səfər etməyimə qadağa qoyulması barədə yayılan məlumatlar tamamilə yanlışdır”
# 30 sentyabr 2011 13:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. “Mənim Türkiyəyə səfər etməyimə qadağa qoyulması barədə yayılan məlumatlar tamamilə yanlışdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O bildirib ki, oktyabrın 21-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Türkiyəyə səfər edən heyətdə təmsil olunmaması səhhətində yaranmış problemdən qaynaqlanıb: “Həmin dövrdə mən güclü qripə tutulmuşdum. Buna görə də səfərdə iştirak edə bilməyəcəyimi söylədim. Bu səfərdən bir neçə gün sonra İstanbulda keçirilən tədbirdə iştirak etmişəm. Digər tərəfdən, hələ Türkiyə parlamentində Azərbaycanla dostluq qrupu formalaşmayıbsa, sədri təyin olunmayıbsa, mənim ora getməyimin də xüsusi əhəmiyyəti yox idi”.

Komitə sədri “Şöhrət” ordeni almaq istəyi ilə bağlı yazılanlara da münasibət bildirib. Belə bir istəyinin olmadığını söyləyən N. Cəfərov bu versiyanı “xəstə mülahizə” adlandırıb: “Mənə “Şöhrət” ordeni versəydilər 50 yaşımda verərdilər. Ancaq hələ nə iş görmüşük ki, “Şöhrət” ordeni alaq? Məgər adama hər ad günündə orden verərlər?..”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR