Bank Of Baku

İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanılan şəxslərin məhkəmə istintaqı yekunlaşıb

İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanılan şəxslərin məhkəmə istintaqı yekunlaşıb
# 30 sentyabr 2011 13:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində İctimai Palatanın (İP) aprelin 2-də keçirdiyi razılaşdırılmamış kütləvi aksiya zamanı saxlanılan Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi fasilədən sonra davam etdirilib. Vəkil Osman Kazımovun APA-ya verdiyi xəbərə görə, prosesdə müdafiə tərəfinin şahidləri dindirilib. Daha sonra aksiya zamanı çəkilən videogörüntülər nümayiş olunub. Bununla da məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə oktyabrın 4-də dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR