Bank Of Baku

Milli Məclis Mülki Məcəlləyə dəyişiklik edib

Milli Məclis Mülki Məcəlləyə dəyişiklik edib
# 30 sentyabr 2011 14:02 (UTC +04:00)
Ə. Hüseynli bildirib ki, dəyişiklik daşınmaz əmlakın qeydiyyatının asanlaşdırılmasına yönəlib. Təklif olunan dəyişikliyə əsasən barəsində sərəncam verilən daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş texniki göstəricilərlə faktiki göstəricilər arasında uyğunsuzluq mövcud olduğu halda notarius tərəfindən daşınmaz əmlakın yalnız qanuna uyğun olaraq əldə və ya inşa edilmiş hissəsi üzərində sərəncam verilməsi təsdiqlənir. Bu hal uyğunsuzluq təşkil edən hissədə daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsinə əsas vermir.

Əlavəyə görə, notariat qaydasında təsdiqləndikdən dərhal sonra notarius onlayn rejimdə daşınmaz əmlak barəsində əqdin əsas şərtləri barədə məlumatı daşınmaz əmlakın dövlət reystrinə göndərməlidir. İki iş günü müddətində isə təsdiq edilmiş müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.

Dəyişikliklər müzakirələrdən sonra təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR