Bank Of Baku

Azərbaycanda vətəndaşlar 10 manat dövlət rüsumu ödəməklə şəxsiyyət vəsiqəsini üç gün müddətində ala biləcəklər

Azərbaycanda vətəndaşlar 10 manat dövlət rüsumu ödəməklə şəxsiyyət vəsiqəsini üç gün müddətində ala biləcəklər
# 30 sentyabr 2011 14:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Milli Məclisi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumlar müəyyənləşdirilib.

Şəxsiyyət vəsiqəsi üç iş gün müddətində verildikdə 10 manat, üç iş günündən sonrakı müddətə verildikdə isə bir manat rüsum ödənilir. Qanuna edilmiş digər dəyişikliyə əsasən qaçqınlar və məcburi köçkünlərlə yanaşı 16 yaşına çatmamış Azərbaycan vətəndaşları, həmçinin Azərbaycanda daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər və Azərbaycana vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR