Bank Of Baku

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə “exit-poll” keçirilə bilər

Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə “exit-poll” keçirilə bilər
# 30 sentyabr 2011 15:30 (UTC +04:00)
APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiyadan keçmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Sənədlər MSK tərəfindən noyabrın 10-dək qəbul olunacaq. Noyabrın 20-dək isə “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi başa çatacaq.

Qeyd edək ki, 2009-cu il dekabrın 23-də gerçəkləşmiş sonuncu bələdiyyə seçkiləri zamanı “exit-poll” keçirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR