Bank Of Baku

Azərbaycan MSK-da ekspert qrupu və nəzarət-təftiş xidməti yaradılıb

Azərbaycan MSK-da ekspert qrupu və nəzarət-təftiş xidməti yaradılıb
# 01 oktyabr 2011 11:25 (UTC +04:00)
APA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 1 oktyabr 2011-ci il tarixli iclas protokolu təsdiqlənib.

Yığıncaqda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində ekspert qrupunun yaradılması məsələsi müzakirəyə çıxarılıb. Toplantıda MSK üzvü olan və aparat əməkdaşlarından təşkil olunan 9 nəfərdən ibarət ekspert qrupunun yaradılmasına dair qərar qəbul edib.

Nəzarət-təftiş xidmətinin yaradılması məsələsi də iclasda gündəliyə çıxarılan məsələlərdən olub. İclasda Vergilər Nazirliyinin, Hesablama Palatasının, Mərkəzi Bankın əməkdaşlarından, o cümlədən MSK üzvü və əməkdaşlarından ibarət Nəzarət-təftiş xidmətinin də yaradılmasına dair də qərar verilib.

MSK üzvləri Arifə Muxtarova ekspert qrupunun, Ramiz İbrahimov isə xidmətin rəhbəri təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR