Bank Of Baku

İsa Qəmbər: “Kütləvi aksiyalar məsələsində tələsmək lazım deyil”

İsa Qəmbər: “Kütləvi aksiyalar məsələsində tələsmək lazım deyil”
# 01 oktyabr 2011 15:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın növbəti sessiyasında çıxışı zamanı deyib.

İsa Qəmbər bildirib ki, oktyabrın 7-8-də Müsavat Partiyasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək: “Bununla bağlı yer ayrılması üçün müvafiq qurumlara müraciət etmişik”.

Müsavat başqanı təhsil və tibb sahəsindəki problemlərə də toxunub: “Son vaxtlar ölkədə təhsil və tibb sahəsindəki problemləri də 1992-1993-cü illərə bağlayırlar. Bildirilir ki, həmin dövrdə stress, əsəb sarsıntısı olduğundan bu, özünü anadan olan körpələrdə büruzə verib, nəticədə bu il ali məktəblərə tələbə qəbulu çox aşağı olub. Eyni zamanda ölkədə qida çatışmazlığı olduğundan, o dövrdə doğulan uşaqlarda müxtəlif xəstəliklər yaranıb. Bunlar çox absurd fikirlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR