Bank Of Baku

İctimai Palatanın növbəti sessiyası keçirilib

İctimai Palatanın növbəti sessiyası keçirilib
# 01 oktyabr 2011 16:16 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib.

APA-nın məlumatına görə, sessiyanın gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyət və İP-in vəzifələri haqqında, 2 aprel məhbuslarının məhkəmə prosesi, 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik və Müsavat Partiyasının 100 illik yubileyləri və cari məsələlər müzakirə olunub.

İclasda ötən müddət ərzində görülən işlər haqqında məlumat verilib, təkliflər dinlənilib. AXCP sədri Əli Kərimli İP-in gələcək fəaliyyəti haqqında danışıb, son dövrlər dünyada baş verən proseslərə münasibət bildirib: “Varşavada keçirilən “Şərq Tərəfdaşlığı” sammiti ölkəmiz üçün çox əlamətdardır. Artıq ölkəmiz Şərqi Avropanın bir hissəsidir. Bu, bizim müstəqilliyimizi daha da gücləndirən bir amildir”.

Daha sonra gündəliyə daxil olan məsələlər ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR